Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliyini irəli sürüb

6 İyul 2024 16:47 (UTC+04:00)

Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliklə bağlı müraciət edib. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması asan deyil: "İndiyədək 86 nəfər 48 dairə üzrə müraciət edib. İmza toplamaq əziyyət tələb edir. Ona görə də bu məsələyə diqqətlə yanaşılmalıdır".