MSK-nın növbəti iclası keçirilir

6 İyul 2024 16:18 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir. SİA xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxil edilib.

İclasda Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, iclasda YAP-ın 77 səlahiyyətli nümayəndələri və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.