TDT dövlətlərinin nəqliyyat nazirləri Orta Dəhlizlə bağlı müzakirələr aparacaqlar

6 İyul 2024 13:53 (UTC+04:00)

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının qeyri – rəsmi Zirvə görüşündə həmkarları ilə Orta Dəhliz barədə müzakirələr aparacaq. SİA xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Şuşa Zirvə görüşündə TDT-yə üzv ölkələrlə Orta Dəhliz kimi bir çox önəmli məsələləri müzakirə edəcəyik", - o bildirib.