TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb

6 İyul 2024 13:52 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşadakı qeyri-rəsmi Zirvə görüşü çərçivəsində TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb. SİA-nın məlumatına görə, sənədi TDT-ə üzv ölkələrin dövlət və hökumət başçıları imzalayıblar.