TDT-nin Baş katibi təşkilata iki milyon dollar köçürdüyünə görə Azərbaycana təşəkkür edib

6 İyul 2024 13:45 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünə görə Azərbaycana təşəkkür edirəm. SİA xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, TDT ölkələri bu gün mühüm sənədlərə imza atacaqlar: “Qardaş Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə ürəkdən təbrik edirəm”.