Ermənistanla ABŞ birgə hərbi təlim keçirəcəklər

6 İyul 2024 13:05 (UTC+04:00)

Bu ay Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər keçiriləcək. SİA xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, “EAGLE PARTNER 2024” adlı təlimlər iyulun 15-dən 24-nə qədər baş tutacaq.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.