TDT XİN başçılarının iclası yekunlaşıb

6 İyul 2024 11:04 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası yekunlaşıb. SİA xəbər verir ki, bu barədə təşkilatın baş katibi Kubanıçbek Omuraliyev “X”də yazıb.

“Xarici işlər nazirlərimiz müzakirə üçün əsas mövzuları yekunlaşdırdılar və dövlət başçılarımızın təsdiq edib imzalaması üçün mühüm sənədlər hazırladılar”, - o bildirib.