Sabah Məhərrəm ayı başlayır

6 İyul 2024 10:29 (UTC+04:00)

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayacaq. SİA xəbər verir ki, 1446-cı Hicri-Qəməri ilinin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edir.

Səfər ayı isə avqustun 7-də başlayacaq.