Goranboyda mənzildən oğurluq edən şəxs saxlanılıb

6 İyul 2024 08:20 (UTC+04:00)

Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15.000 dollar və dəyəri 15.000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. SİA xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.