Britaniyanın yeni Baş naziri ilə Bayden arasında telefon danışığı olub

6 İyul 2024 02:30 (UTC+04:00)

Britaniyanın yeni Baş naziri Keir Starmer və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. SİA Britaniya Baş Nazirliyinin ofisinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ABŞ Prezidenti seçkilərdə qələbəsi münasibətilə Baş naziri təbrik edib. Baş nazir isə öz növbəsində xoş sözlərə görə təşəkkür edib.

Liderlər Birləşmiş Krallıq və ABŞ arasındakı xüsusi münasibətlərin qorunmasına olan ortaq öhdəliklərini müzakirə edib, daha yüksək iqtisadi artım üçün uyğun hədəflərini paylaşıblar.

Baş nazir və Prezident gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində bir-birlərini görməyi səbirsizliklə gözlədiklərini qeyd ediblər.