Bayden NATO sammiti çərçivəsində Zelenski ilə görüşəcək

6 İyul 2024 06:35 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və Kiyevlə ikitərəfli sazişlər imzalayan digər ölkələrin liderləri ilə birgə görüş keçirəcək. SİA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

“Sammit çərçivəsində Bayden Prezident Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan təxminən 20 müttəfiqimiz və tərəfdaşımızla tədbir keçirəcək”, - deyə ABŞ rəsmisi qeyd edib.