Orban Putinin ona cavab verdiyi üç sualın adını çəkib

6 İyul 2024 00:36 (UTC+04:00)

...Viktor Orban Vladimir Putinə üç vacib sual vermək niyyətində idi. Macarıstanın baş naziri Moskvada keçirilən danışıqlarda Rusiya prezidentindən cavablar aldığını bildirib.

Orbanın sözlərinə görə, o, Putinin hazırda mövcud olan sülh təşəbbüsləri haqqında nə düşündüyünü, atəşkəs barədə nə düşündüyünü və onların hansı ardıcıllıqla həyata keçirilə biləcəyini bilmək istəyib.

Bundan əlavə, Macarıstanın baş naziri Putinin müharibədən sonra Avropanı necə gördüyü ilə maraqlanıb.

Macarıstanın baş naziri Rusiya prezidentinin fikrini dinləyib. Orban açıq və səmimi söhbətə görə Vladimir Putinə təşəkkür edib.

Putin də öz növbəsində danışıqlardan sonra Macarıstanın baş naziri ilə faydalı söhbətin baş tutduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti xəbər verir.

Əli Babayev