Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start verilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan iki görüşdən biri başlayıb.
İspaniya və Almaniya yığmaları üz-üzə gəlir. Erkən final adlandırılan bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək. Bu cütlüklərin qalibləri yarımfinalda bir-biriləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.
.
5 iyul
Avro-2024
1/4 final
20:00. İspaniya - Almaniya - 1:1 (Əlavə vaxt, birinci hissə)
Qol: Dani Olmo, 52 (1:0), Virtz, 89 (1:1)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".
6 iyul
20:00. İngiltərə - İsveçrə
Baş hakim: Daniel Orsato (İtaliya)
Düsseldorf.Merkur Spiel-Arena
23:00.Niderland - Türkiyə
Baş haim: Kleman Turpin (Fransa)
Berlin, Olimpiya stadionu.