Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının 1/4 final mərhələsinin oyunlarına start verilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.
İspaniya Almaniya ilə üz-üzə gələcək. Portuqaliya isə Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah baş tutacaq iki oyunla yekun vurulacaq.
AVRO-2024
5 iyul
1/4 Final
20:00. İspaniya - Almaniya
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".