İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib

5 İyul 2024 14:56 (UTC+04:00)

İspaniyanın “Vilyareal” komandası heyətinə yeni futbolçu cəlb edib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi seneqallı Pape Qeyeni transfer edib. Onunla 4 illik müqavilə imzalanıb.

P. Qeye bundan əvvəl Fransanın “Marsel” komandasında çıxış edib.