Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb - FOTO

5 İyul 2024 14:45 (UTC+04:00)

“Azəryol” komandası iki həndbolçu ilə yollarını ayırıb. SİA-nın əldə etdiyi məlumata görə, Bakı klubu rusiyalı Violetta Afanasyeva və gürcüstanlı Liza Çxaidze ilə əməkdaşlığa son qoyub. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Rusiyalı məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi “Azəryol” ötən mövsümü üçüncü pillədə başa vurub.