Paytaxtın müxtəlif məkanlarında DOST TV ilə bağlı posterlər nümayiş olunur - FOTOLAR

5 İyul 2024 14:17 (UTC+04:00)

Artıq 3 aydır fəaliyyətdə olan DOST TV internet televiziyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını təmin edir. SİA xəbər verir ki, bu, ölkəmizdə ilk sosial televiziya nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış DOST TV – internet televiziyası ilə bağlı posterlər Dövlət Reklam Agentliyinin dəstəyi ilə Bakı şəhərinin müxtəlif məkanlarında nümayiş olunur.