Rişi Sunak istefa verib

5 İyul 2024 11:59 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib. SİA xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.

O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.