Azərbaycan və Kamerun Gimnastika federasiyaları arasında əməkdaşlıq genişləndirilir - FOTO

5 İyul 2024 11:57 (UTC+04:00)

Kamerun və Azərbaycan Gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, sənədi qurumun hüquqşünası Tural Alıyev və Kamerun Gimnastika Federasiyasının prezidenti Yekel Enni Flor imzalayıblar.

Tərəflər bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.