Baydenlə Trampın ikinci debatının tarixi AÇIQLANDI

5 İyul 2024 11:37 (UTC+04:00)

ABŞ prezidenti Co Baydenlə Donald Tramp arasında ikinci prezidentlik debatı sentyabrın 10-na planlaşdırılıb. SİA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Gəlin başqa bir debat edək, amma bu dəfə məhdudiyyətsiz - ümumi müzakirə və səhnədə sadəcə ikimiz olacağıq”, - Tramp "Facebook" hesabında belə yazıb.

Nəşrin qeyd etdiyi kimi, prezidentliyə namizədlər Tramp və Bayden arasında ikinci debat "ABC News" tərəfindən təşkil olunacaq.