Kolumbiyada 6 əsgər həlak olub

5 İyul 2024 08:24 (UTC+04:00)

Kolumbiyada uzaqdan idarə olunan partlayıcının işə düşməsi nəticəsində altı əsgər həyatını itirib. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə Koposa kənd ərazisində əsgərlərin keçirdiyi əməliyyat zamanı baş verib.

Partlayış nəticəsində dörd əsgər yaralanıb.

Yaralı əsgərlər helikopterlə xəstəxanaya aparılıb. Bölgədə genişmiqyaslı əməliyyatlar davam edir.