Bakıda fərdi yaşayış evində yanğın oldu

5 İyul 2024 03:04 (UTC+04:00)

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.