Salyanda avtomobillər toqquşdu - xəsarət alanlar var

5 İyul 2024 05:17 (UTC+04:00)

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. SİA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimzadə Seyidəmir Xaliq oğlu və onun həmyaşıdı Nəcəfov Nadir Tahir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.