UEFA Bellinqemlə bağlı bu qərarı verəcək

4 İyul 2024 17:15 (UTC+04:00)

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Avro-2024-ün 1/4 finalında İsveçrə ilə oyun üçün diskvalifikasiyadan xilas olub. SİA xəbər verir ki, bu barədə "SportBild" məlumat yayıb.

Slovakiya ilə 1/8 final matçında Bellinqem əlavə olunmuş 5-ci dəqiqədə vurduğu qolla ingilislərə məğlubiyyətdən qaçmağa kömək edib. Cud sevincini qasıq nahiyəsinə işarə edərək qeyd edib. UEFA İntizam Komitəsi futbolçunu diskvalifikasiya etməyəcək.

Lakin Bellinqem böyük məbləğdə cərimələnəcək.