Azərbaycanda iki general ehtiyata buraxılıb

4 İyul 2024 15:35 (UTC+04:00)

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.