Superkubok oyunu təxirə salındı

4 İyul 2024 15:39 (UTC+04:00)

Fransa Superkuboku uğrunda oyun təxirə salınıb. SİA xəbər verir ki, ölkə çempionu və kubokun qalibi PSJ ilə Liqa 1-in gümüş mükafatçısı "Monako" arasında kubok matçı avqust 8-də Pekində keçirilməli idi.

PSJ-nin mətbuat xidməti Superkubok matçının Çində keçirilməyəcəyini və oyunun gec tarixə təxirə salındığını bildirib.

Qeyd edək ki, baş tutacaq iclasdan sonra görüşün yeni yeri və tarixi daha sonra açıqlanacaq.