Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

4 İyul 2024 14:53 (UTC+04:00)

Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 145 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.