Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

4 İyul 2024 13:00 (UTC+04:00)

Qazaxıstan Respublikasının sədrliyi ilə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında Astana Bəyannaməsi qəbul edilib. SİA xəbər verir ki, “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa doğru” mövzusunda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Qazaxıstan ŞƏT-ə 2023-cü ilin iyulundan sədrlik edir. Astana Zirvə toplantısından sonra sədrlik Çin Xalq Respublikasına keçəcək.