"BakuBus" daha bir marşrut xəttini istifadəyə verildi

4 İyul 2024 12:01 (UTC+04:00)

"BakuBus" 121 E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib. SİA şirkətə istinadən xəbər verir ki, avtobuslar 12 dəqiqə intervalla "Əhmədli" metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək.

Gedişhaqqı 70 qəpikdir.