Çin gəmiləri Yaponiyanın su sərhədini pozdu

4 İyul 2024 09:21 (UTC+04:00)

Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhədini pozub. SİA yerli mediaya istinadən xəbər verir ki, sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı sərhədi pozduğu bildirilir.

Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahı məsələ ilə bağlı bəyanat yayıb. Qeyd olunub ki, Çinə məxsus 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Bildirilib ki, Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib.