Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb

4 İyul 2024 08:18 (UTC+04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.