Rusiyanı tərk edən Xavtan "Bravo"dan qovulub

3 İyul 2024 23:45 (UTC+04:00)

“Bravo” qrupunun komandası 2022-ci ildə Rusiya əleyhinə çıxış edən Yevgeni Xavtanı iştirakçılar siyahısından çıxarıb. İyunun 30-da Arxangelskdə musiqiçilər öz liderləri olmadan Şəhər Günü şərəfinə keçirilən konsertdə iştirak ediblər.

SİA “İA Regnum”-un məlumatına istinadən bildirir ki, qrupun vokalisti Robert Lenz müvafiq sualdan sonra Xavtanla bağlı müzakirə aparmaq fikrində olmadığını bildirib və telefonu qapatıb.

Nazlı Almuradova