Rusiya ATƏT PA-da iştirakını dayandırdı

3 İyul 2024 14:27 (UTC+04:00)

Rusiyanın Dövlət Duması ölkənin Federal Məclisinin nümayəndə heyətinin ATƏT-in Parlament Assambleyasının işində iştirakını dayandırmasına dair bəyanat qəbul edib. SİA TASS-a istinadən xəbər verir ki, sənəd ATƏT PA və BMT-yə göndərilib.

Bununla yanaşı, Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərinin də dayandırılmasına qərar verilib.