Tural Dadaşov final matçını Almaniyadan şərh edəcək

3 İyul 2024 13:06 (UTC+04:00)

İTV-nin şərhçisi Tural Dadaşov AÇ-2024-ün final matçını stadiondan şərh edəcək. SİA xəbər verir ki, bu barədə kanalın idman departamentinin direktoru Kənan Hakimov paylaşım edib.

O bildirib ki, T.Dadaşov matçın keçiriləcəyi Berlin Olimpiya Stadionunda həlledici matçın şərhçilərindən biri olacaq.

Həmçinin kanalın digər əməkdaşları da arenanın kənarında yaradılan zonalarda (pitch side) son məlumatları tamaşaçılara çatdıracaq.