Parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı

3 İyul 2024 12:44 (UTC+04:00)

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub. SİA iclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.