Suraxanıda 35 yaşlı kişi evində döyüldü

3 İyul 2024 09:11 (UTC+04:00)

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. SİA xəbər verir ki, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Yusubov Emil Elmar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə E. Yusubovun yaşadığı evdə baş verib. Hadisənin təfərrüatı araşdırılır.