Zemfira İbrahimova toy qiymətini açıqladı

3 İyul 2024 08:42 (UTC+04:00)

Müğənni Zemfira İbrahimova "Xəzər axşamı" verilişində qonaq olub. SİA xəbər verir ki, sənətçi toy qiymətini açıqlayıb. Belə ki, Zemfira İbrahimova bölgərədə el şənliklərini idarə etmək üçün 6 min manat tələb etdiyini deyib.

11 nəfər musiqiçidən ibarət dəstəsinin olduğunu bildirən müğənni, onlarla birlikdə toyu idarə edərsə, bu məbləğin 9 min manat olacağını deyib.