Atlantik okeanında “Beril” qasırğası tüğyan edir

3 İyul 2024 00:53 (UTC+04:00)

...Pis hava indi Karib adalarının sakinlərinin gücünü sınayır. Atlantik okeanında “Beril” qasırğası tüğyan edir. Sürəti saatda 260 kilometrdən çox olan fırtına artıq bölgənin cənub-şərqinə də çatıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu anlarda qasırğa Yamaykaya doğru irəliləyir.

Verilən məlumatlara görə, Qrenada və Sent Vinsentdə ciddi dağıntılar var. Qrenadin arxipelaqında elektrik və ya rabitə yoxdur.

Ən çətin vəziyyət Union və Carriacou adalarındadır - burada yerli hakimiyyət orqanlarının məlumatına görə, binaların 90 faizi bir neçə dəqiqə ərzində yerlə yeksan olub.

Həlak olanlar var.

Qeyd edilir ki, “Beril”, tarixdə ən erkən 5-ci kateqoriyalı Atlantik qasırğası oldu. Onu da qeyd edək ki, qasırğanın daha da güclənəcəyi proqnozlaşdırılır.

Əli Babayev