Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

2 İyul 2024 20:38 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisiyə rəsmi səfər edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, A.Mirzoyan səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, regiondakı vəziyyət və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.