Dini yığıncaq zamanı yaranan izdihamda 27 nəfər ölüb

2 İyul 2024 18:12 (UTC+04:00)

Hindistanın şimalındakı Uttar Pradeş əyalətində dini yığıncaq zamanı baş verən izdiham nəticəsində azı 27 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Məlumatda bildirilir ki, hazırda xilasetmə əməliyyatı davam edir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.