“Seçki səhər 7-dən sona qədər yayımlanmalıdır”

2 İyul 2024 17:16 (UTC+04:00)

“Prezident seçkilərində on mindən çox beynəlxalq müşahidəçi nümayəndə olub. Bu dəfə də həmin dəvətlər hazırlanır”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komitəsinin sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilərlə bağlı göstəricilərin əvvəlki illərdən az olmamasına çalışırlar: “Vebkameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradançıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır”.