Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

2 İyul 2024 16:59 (UTC+04:00)

Qarabağ Universitetində tədris məsələləri üzrə prorektor və elm və innovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib. SİA xəbər verir ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər vakansiyalar üzrə iyulun 8-dək müraciət edə bilərlər.