Zakir Həsənov Minskdə hərbi paradda iştirak edəcək

2 İyul 2024 15:21 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belarusa səfər edib. SİA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.