Azərbaycanın Tailanddakı səfiri geri çağırılıb, yenisi təyin edilib

2 İyul 2024 14:06 (UTC+04:00)

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.