“Azərreyl” komandası üç voleybolçu ilə müqavilə müddətini uzadıb. SİA-nın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi komandanın kapitanı Aynur İmanova, gənc oyunçular Raziyə Əliyeva və Aişə Alismanova ilə 1 illik yeni sözləşmə imzalayıb.
A.İmanova və R.Əliyeva 2022-ci, A. Əlismanova isə 2023-ci ilin yayından “dəmiryolçular”ın formasını geyinirlər.
Qeyd edək ki, “Azərreyl” ötən mövsüm Yüksək Liqanın qalibi olub.