Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

2 İyul 2024 10:44 (UTC+04:00)

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 1-də polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər.

Həmçinin keçirilən əməliyyat tədbirləri ilə 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.