Şəki sakinini ilan sancıb - vəziyyəti ağırdır

2 İyul 2024 10:09 (UTC+04:00)

Şəki sakinini ilan sancıb. SİA xəbər verir ki, hadisə Daşüz kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Fadəddin Orucov təsərrüfat işləri ilə məşğul olan zaman onu ilan sancıb.

Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər ilkin tibbi yardım göstərib və ilan zəhəri əleyhinə zərdab vurulub.

Həkimlər 65 yaşlı xəstənin vəziyyətinin orta-ağır olduğunu, müalicələrinin davam etdirildiyini bildirir.