Sumqayıtda mənzildən kişi meyiti tapılıb

2 İyul 2024 08:36 (UTC+04:00)

Sumqayıtda mənzildən 38 yaşlı kişi meyiti tapılıb. SİA xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlu Teymur Zöhrab oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.