Bir ailənin 5 üzvü təyyarə qəzasında həlak oldu

2 İyul 2024 03:14 (UTC+04:00)

ABŞ-da bir ailənin 5 üzvü kiçik təyyarə qəzasında həlak olub. SİA xəbər verir ki, hadisə Nyu-York ştatının dağlıq ərazisində baş verib. Corciya ştatından olan ailənin kiçik təyyarəsi Koperstaun şəhərində keçirilən beysbol oyunundan geriyə qayıdarkən qəzaya uğrayıb. Həlak olanlardan ikisi azyaşlıdır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.