Rusiya BMT TŞ-də Yaxın Şərqlə bağlı iclas keçirəcək

2 İyul 2024 05:57 (UTC+04:00)

Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqlə bağlı yüksək səviyyəli iclas keçirəcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya məlumat verib.

"İclasda müzakirələrin mərkəzində Qəzzada davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində - iyulun 16 və 17-i tarixlərində baş tutacaq", - Nebenziya qeyd edb.